BİZNES

09 Oktyabr

BMW üçüncü rübdə satışlarını 8,8% artırıb

Finss.az xəbər verir ki, Alman avtomobil istehsalçısı BMW AG 2025-ci ilin üçüncü rübündə satışlarını keçən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıraraq 588,3 min avtomobilə çatıb.

BMW-nin məlumatına görə, Avropada satışlar 9,3%, o cümlədən Almaniyada 12,3%, ABŞ-da 24,9% artıb. Qrupun Asiyada avtomobil satışları dəyişməz qalıb, Çində isə 0,4% azalma qeydə alınıb.

BMW markasının satışları üçüncü rübdə 5,7%, MINI 37,5%, Rolls-Royce isə 13,3% artıb.